Son 24 saatda 400-dən çox qaçqın Suriyadakı evlərinə qayıdıb

Eastnews.org-un verdiyi xəbərə görə, son 24 saat ərzində 400 suriyalı qaçqın Suriyadakı evlərinə qayıdıblar.  

Bu haqda Suriyada müharibə aparan tərəflərin barışıq mərkəzinin məlumatında qeyd edilib. Məlumatda qaçqınların Təl-Rifat, Kafer Antoun, Əhras, Couba and Vəhşiya adlı ərazilərdə yerləşdirildiyi qeyd olunub. Suriyalıların məskunlaşdığı Rif Dəməşq və Dəra bölgələrində su və enerji mənbələri yoxlanılıb və təmin edilib. Hələb bölgəsində həyata keçirilən humanitar missiya əsnasında Umm əl-Heyd kəndinin sakinləri 680 qida və zəruri ləvazimat dəstləri ilə təmin olunublar.