Soğanın qiyməti iki dəfə bahalaşıb - VİDEO

Son 15 gündə soğanın qiymətində 2 dəfəyədək bahalaşma müşahidə edilir. Soğan satışı ilə məşğul olanlar məhsulun bahalaşmasını Türkiyəyə ixracın artması və nəticədə yerli bazarda soğana tələbin çoxalması ilə izah edirlər.

 

Türkiyədə soğanın qiyməti sürətlə artaraq bir kiloqramı bəzi satış yerlərində 6 lirəni, yəni Azərbaycan valyutası ilə 2 manatı ötüb. Bu isə Azərbaycanda soğan istehsalçıları üçün yeni və əlverişli şərait yaradıb. Amma Türkiyəyə soğan ixrac edilməsi Azərbaycanın daxili bazarında da bu məhsulun bahalaşmasına səbəb olub.

 

Bazar satıcılarının dediklərindən belə nəticəyə gəlirik ki, ölkədə istehsal olunan soğan daxili tələbatı ödəməyə ancaq çatır. Belə bir halda bu məhsulun xaricə ixrac olunması daxili bazarda bu məhsula tələbatı artdırdığından qiymətlər sürətlə bahalaşıb.