SOCAR Türkiyədə kəşfiyyat biznesindən imtina etdi

SOCAR Türkiyədə kəşfiyyat biznesindən imtina etməyi qərara alıb

Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın Türkiyədəki törəmə şirkəti "SOCAR Turkey Enerji"nin rəhbəri Zaur Qəhrəmanov deyib.

Onun sözlərinə görə, bu qərar seysmik tədqiqatlar nəticəsində qəbul edilib. Bu tədqiqatlar kommersiya cəhətdən qeyri-effektiv ehtiyatları üzə çıxarıb.