SOCAR nefti olmayan Litvadan yanacaq alıb

Bu ilin ilk yarısında Ukrayna 157 min ton aviasiya yanacağı idxal edib. 2016-cı ilin analoji dövrü ilə müqayisədə Ukraynanın idxal etdiyi aviasiya yanacağının həcmi 3,72 dəfə artıb.

Hesabat dövründə Kremençuq neft emalı zavodundan nəql 9% artaraq 75 min tona çatıb.
İdxalın 72%-i dəniz yolu ilə nəqlin payına düşüb. Aviasiya yanacağı əsasən İtaliya və Səudiyyə Ərəbistanından alınıb. Belə ki, cari ilin yanvar-iyun ayları ərzində İtaliyadan 54,9 min ton, Səudiyyə Ərəbistanından isə 51,4 min ton aviasiya yanacağı idxal olunub. Səudiyyə Ərəbistanından alınan neftin 11 min tonu SOCAR üçün nəzərdə tutulub.

Qeyd edilən dövr ərzində Litvadan Ukraynaya dəmir yolu ilə 40,1 min ton aviasiya yanacağı göndərilib ki, bunun da 4,6 min tonu SOCAR-a çatdırılıb.