“SOCAR”-ın müəssisəsində aksiya- 2000 işçiyə maaş verilmir

“SOCAR Polymer” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçiləri əmək haqlarının gecikməsinə görə, etiraz aksiyası keçirirlər.
 
Unikal.org-a daxil olan məlumata görə, bugün “SOCAR Polymer” Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt Kimya Sənaye Parkında 2000-nə yaxın işçi maaş tələbiylə etiraz aksiyası keçirib.
 
Aylardır ki, əmək haqqı ala bilməyən işçilər şirkət rəhbərliyindən maaş problemlərinin həll edilməsini tələb ediblər.
 
Xatırladaq ki, “SOCAR Polymer” Məhdud Məsuliyyətli Cəmiyyəti özünü Azərbaycanın neft-kimya sənayesinin inkişafında mühüm rol oynayan aparıcı şirkət sayır.