SOCAR hansı banklara borclanıb?

Keçən il Azərbaycan Dövlət Neft Şirkəti ( SOCAR) Azərbaycan Beynəlxalq Bankından 100 milyon AZN məbləğində yeni kreditlər götürüb.

Gununsesi.info xəbər verir ki, bu haqda məlumat Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyasının 2016-ci il hesabatında yer alıb.

Hesabatda qeyd edilir ki,  22 yanvar 2016-cı il tarixində SOCAR Korea Eximbank-dan 122 milyon AZN (70 milyon Avro), mart və may aylarında isə  Turk Eximbank-dan  48 milyon AZN (30milyon ABŞ dolları) və 93 milyon AZN (62 milyon ABŞ dolları) məbləğində yeni kreditlər alıb.

Bundan əlavə, SOCAR ödənilməli olan 5.45 faiz imtiyazlı təminatsız istiqrazlar üzrə qalan 500 milyon ABŞ dollarından 646 milyon AZN (403 milyon ABŞ dolları) məbləğini ödəyib.