SOCAR-ın binasında fəhlə liftin şaxtasına düşüb

26 yaşlı təmirçi hadisə yerində ölüb

Oktyabrın 16-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasında ölüm hadisəsi baş verib. Binanın liftində təmir işləri aparan 26 yaşlı Orxan Şəhrab oğlu Əhmədov liftin şaxtasına yıxılıb.

APA-nın məlumatına görə, təmirçi hadisə yerində ölüb. Onun cəsədi FHN-in əməkdaşları tərəfindən şaxtadan çıxarılıb.