SOCAR-ın banklara olan borcu artıb

2017-ci ildə SOCAR-a daxil olan şirkətlər banklardan ayrı-ayrılıqda 798 mln. manat (457 mln. dollar), 186 mln. manat (101 mln. avro) və 254 mln. manat (368 mln. lari) məbləğində yeni uzunmüddətli kredit alıblar. 

SOCAR-ın 2016-cı il üzrə konsolidə olunmuş maliyyə hesabatında belə deyilir.

Hesabatdan məlum olur ki, SOCAR yerli banklardan 140 mln. manat (82 mln. dollar) məbləğində qısamüddətli kredit götürüb.

Bununla da şirkətin ümumi kreditlərinin həcmi 1.378 mlrd. manata çatıb.

SOCAR rəsmisi, şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov 2016-cı ildə qurumun 6.3 milyard dollar, 9.4 milyard manat borcu olduğunu bildirmişdi. Əlavə etmişdi ki, layihələrin icrası üçün cəlb olunmuş borcların çoxu dövlət zəmanətlidir və hissə-hissə qaytarılacaq.