“Sənin oğlunla belə rəftar etsəydilər, xoşuna gələrdimi, Petya”

Xarici mətbuata istinadən xəbər verilir ki, iki saat bundan əvvəl Odessa vilayətinin keçmiş qubernatoru  Mixail Saakaşvili 11 yaşlı oğlunun Kiyevin “Borispol” aeroportunda saxlandığı barədə məlumat yayıb. 
 
Onun sözlərinə görə, oğlunu müşayət edən Gürcüstan dövlət mühafizəsinin əməkdaşını da saxlayıblar. Saakaşvili aeroporta gəlib və video çəkilişlər aparıb. O deyir ki, mühafizəçinin qolunu altı nəfər sərhədçi burub apardı, uşağını da artıq 40 dəqiqədir ki, hara aparıblarsa məlumat yoxdur. Aeroportda Saakaşviliyə bildiriblər ki, kiçik oğlanı heç kim qarşılamadığı üçün Daxili İşlər Nazirliyi “onu lazımi yerə çatdıracaq”. Saakaşvili: “Elə bil ki, bu uşaq yox, banderoldur”
 
“Sənin oğlunla belə rəftar etsəydilər, xoşuna gələrdimi, Petya”- deyə Saakaşvili Ukrayna prezidenti Petr Poroşenkoya müraciət edib.