Smartfonların sıradan çıxmasına səbəb olan əsas amillər

Beynəlxalq mütəxəssislər smartfonların sıradan çıxmasına səbəb olan əsas amilləri açıqlayıblar. Bu barədə "İzvestiya" qəzeti yazıb. 

 

Telefonun xarab olmasına əsas səbəb dəniz kənarındakı selfidir. Selfi zamanı çox vaxt smartfon sahibinin əlindən suya düşərək xarab olur. Həmçinin yuxudan qabaq smartfonu şarja qoymaq  batareyanın tez bir zamanda xarab olmasına gətirib çıxara bilər. Smartfonların günün altında  enerji ilə doldurması da gəti qadağandır. Həmçinin ucuz enerji yiğma cihazlarından istifadə etmək də smartfonun ömrünü kəskin qısaldır. Bundan əlavə mütəxəssislər smartfonların sahiblərindən proqramları yükləyərkən diqqətli olmağa çağırırlar, çünki bəzi proqramlar smartfonun işinə ciddi şəkildə mənfi təsiq göstərir.