Sələfi imama 5 il iş verildi

Gәnc yaşlarında islamı qәbul edib, hәrәkәtlәri ilә Almaniyada illәrdir mübahisә mövzusu olan sәlәfi imam Sven Lau “xarici bir terror tәşkilatına dәstәk” cinayәtindәn hәbs edilәrәk 5,5 il azadlıqdan mәhrum edilib. Lau Suriyadakı daxili müharibәdә prezident Bәşәr Әsәdin devrilmәsi üçün mübarizә aparan Ceyşul Mühacirin vel Ensara maddi dәstәk vermәk vә tәşkilata üzvlәr qazandırmaqda ittiham olunurdu.

2012-ci ildә yaradılan vә daha çox çeçen, özbәk vә tacik döyüşçülәrindәn ibarәt olan Mühacir İttifaqları olaraq bilinәn silahlı qrup Launun adına fәaliyyәt göstәrdiyi illәrdә İŞİD-ә dәstәk verirdi.

Düsseldorfdakı mәhkәmәdә iddianamәdә qeyd olunub ki, 2013-cü ildә Lau Suriyaya gedәrәk Ceyşul Mühacirin vel Ensarla gecә görüşüb vә ona 250 min avro nәğd pul verib. Qeyd edәk ki, 2015-ci ilin dekabrında hәbs olunan Lau bu iddiaları rәdd edir. Keçmiş yanğınsöndürәn olan Lau Suriyaya insanlara yardım etmәk üçün getdiyini bildirir. Ancaq Launun kalaşnikov markalı silahla tank üzәrindә şәkillәri ortaya çıxıb.

Lau 2014-cü ildә Vuppertal şәhәrindә üzәrindә “Şәriәt polisi” yazılan formalar geyinәn bir qrup formalaşdıraraq insanlara küçәlәrdә içki içmәmәyi, qumar oynamamağı vә musiqi dinlәmәyi tәbliğ edirdi.

Azadliq.info