EURO : 1,8828 TRY : 0,2962 USD : 1,7 RUB : 0,0266
Şəki Xan Sarayında hadisədə xəsarət alanlardan biri vəfat edib cc

Şəki Xan Sarayında hadisədə xəsarət alanlardan biri vəfat edib cc

Şəki Xan Sarayında baş vermiş bədbəxt hadisə zamanı yaralananlardan biri dünyasını dəyişib.
 
Bu barədə "Report.az" məlumat verib.
 
Məlumata görə, Xan Sarayı qarşısındakı 500 yaşlı Xan Çinarın iri budağının qırılaraq yerə düşməsi nəticəsində ağır xəsarət alan Xatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq Şəki Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.
 
İyulun 14-də Şəki Xan Sarayı qarşısındakı 500-ə yaxın yaşı olan iki çinar ağacından birinin iri budağının qırılaraq yerə düşməsi nəticəsində 19 nəfər xəsarət alıb. Onlardan 2-si Azərbaycan əsilli Rusiya vətəndaşı, 5-i Suriya vətəndaşı, digərləri isə Azərbaycan vətəndaşlarıdır.

Facebook