“Sizdən xoşum gəlmir, ona görə də sizi terrorçu hesab edirəm”

“Sizdən xoşum gəlmir, ona görə də sizi terrorçu hesab edirəm”

Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Cozef Borel Brüsseldə AB XİN-nin toplantısından öncəki müsahibəsində SEPAH-ın terrorçular siyahısına salınma qərarı barədə deyib: "İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH Avropa İttifaqı Məhkəməsi tərəfindən bu barədə müvafiq qərar verilmədən terrorçu qurumlar siyahısına daxil edilə bilməz".

Cozef Borrel AP qərarının pərdə arxasında “təhlükəli sirr” olduğunu bildirib.

O, deyib ki, bu məsələ ilk növbədə məhkəmə qərarı olmadan həll edilə bilməz.

Deyirsiniz ki, “Sizdən xoşum gəlmir, ona görə də mən, sizi terrorçu hesab edirəm. Axı bu qərəzlidir”.

Qeyd edək ki, C.Borrelin bu sözlərindən sonra bir çox siyasi analitiklər AP-nin məqsəd və arqumentlərinin puç olduğunu, üzvlərinin beynəlxalq lobbilərə xidmət etdiklərini, ABŞ-ın maraqlarını öz xalqlarından və beynəlxalq ədalətdən üstün tutduqlarını bildiriblər.

Facebook