Siyasi məhbusun övladına qarşı orta məktəbə fiziki zorakılıq edildi

“Nardaran işi 2” işi üzrə hal-hazırda həbsdə olan Ağəli Yəhyayevin oğlu 3 e sinif şağirdi Yəhyavev Əbdülqaim təhsil aldığı, Yeni Bakı yaşayış massivində yerləşən 4 nömrəli orta məktəbin müəlliməsi Rəna Mədətova  tərəfindən fiziki şiddətə məruz qalıb. Bu barədə rakurs.tv-yə şagirdin anası Şəhanə Həsənova məluat verib. Onun sözlərinə görə, 3-cü sinif sagirdi olan  oğlunun oxuduğu sinifdə bu müddətə kimi on müəllimə dəyişib:
 
“Sentyabrın 17-də oğlumun sinifinə yeni əvəzləyici müəllim gəldi. Əbdül, bütün sinif ondan çox razılıq edirdilər. On gün keçməmiş yeni müəllimə təyin etdilər. İlk gün idi, dərsdən gələn kimi oğlum dedi ki, “ana, müəllimə bizi vurur”. Bir  gün gəldi ki “ana, müəllimə sinif yoldaşımın gözündən xətkeşlə pis  vurdu, o da ağlamağa başladı. Gedib onu qucaqladım, gözünün yaşını sildim. Müəllimə buna görə məni xətkeşlə vuranda, xətkeşi əlindən aldım, o da məni  təpiklə vurdu”. Bunu eşidəndə, artıq dözə bilmədim, direktor Roza Məmmədovanın  yanına gedib şikayətimi bildirdim. Cavabında mənə nə desə yaxşıdır? “Mən də hirslənəndə uşağın qulağını dartıram da, uşağı vurmaq olmaz?” Dedim “əlbəttə olmaz, siz pedaqoqsunuz, şagirdlə belə rəftar olmaz”. Bundan sonra Abşeron rayon Təhsil Şöbəsinə, polisə ərizə ilə müraciət etdim. Mənə dedilər ki, şikayəti araşdıracaqlar. Mən 6 gündür ki, uşağı məktəbə göndərə bilmirəm, uşaqda psixoloji qorxu yaranıb, məktəbə getmək də istəmir”.
 
Məsələ ilə bğlı sözügedən məktəbin direktoru, eləcə də sinif rəhbəri Rəna Mədətova ilə əlaqə saxlamağa çalışdıq. Direktorla danışmaq mümkün olmasa da zəngimizə cavab verən R. Mədətova  valideynin şikayətinin  əsassız olduğunu, şagirdinə qarşı heç bir fiziki güc tətbiq etmədiyini deyərək telefonu bağladı. Təhsil Nazirliyinin rəsmisi Cəsarət  Valehov saytımıza məsələdən məlumatlı olduğunu, yaxın günlərdə  bununla bağlı araşdırılma aparılacağını bildirdi.