Siyasi məhbuslara verilən işgəncələrlə bağlı tədbir keçirildi - Video

İyulun 14-də Qobustan həbsxanasında işgəncələrə məruz qalan Müsəlman Birliyi Hərəkatı üzvləri barədə tədbir keçirilib. "Siyasi məhbus həyatı yaşayan inanclı kəsimə qarşı analoqu olmayan qəddarlıq nümayişi: humanizm prinsiplərinə həqarət" başlığı altında keçirilən tədbir Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevin ofisində baş tutub. Tədbirdə Qobustan həbsxanasında işgəncələrə məruz qalması barədə xəbərlər yayılan Abbas Hüseynovun ətrafında müzakirələr gedib. Xatırladaq ki, avqustun 8-də vəkil Yalçın İmanovla görüşdə Abbas hüseynov dəhşətli işgəncələrə məruz qalmasını, həbsxana rəisi tərəfindən döyülməsi və 2 gün "çarmıxa" çəkilmiş vəziyyətdə "kars"da qalmasını bildirmişdi.