Siyasi məhbuslara azadlıq tələb edən fəal saxlanıldı

AXCP fəalı həbs edilib

Bu barədə hüquq müdafiəçisi Oktay Gülalıyev öz "facebook" səhifəsində məlumat paylaşıb. Məlumata görə, AXCP fəalı Fizuli Hüseynov siyasi məhbuslara azadlıq tələbi ilə aksiya keçirdiyinə görə saxlanılıb.

O, təkbaşına əlində "Bütün siyasi məhbuslara azadlıq" şüarı yazılmış plakat tutaraq, etiraz aksiyası keçirib. Daha sonra polislər tərəfindən saxlanılaraq, naməlum istiqamətə aparılıb. Fəalın Nəsimi Rayon Polis İdarəsində saxlanıldığı bildirilir. Oktay Gülaliyevin sözlərinə görə, AXCP üzvünə qarşı cinayət işi açılma var.