Siyahıda Azərbaycan “kölgə iqtisadiyyatı”na liderlik edir

Natiq Cəfərli: ''Azərbaycanda ''kölgə iqtisadiyyatı'' ÜDM-nin 67 faizi səviyyəsindədir''

“Dünyada “kölgə iqtisadiyyatı”nın ilk “beşliy”inə 67 faizlə Azərbaycan başçılıq edir”.

Bu barədə Rusiyanın “rbc.ru” saytı yazıb. Dünyada “kölgə iqtisadiyyatı”nın vəziyyəti haqda yazılmış “Rusiya “kölgə iqtisadiyyatı”nın ilk beşliyinə daxil oldu” başlıqlı məqalədə bildirilir ki, “Azərbaycanda “kölgə iqtisadiyyatı”nın payı ÜDM-dəki qədərdi. Bu, o deməkdir ki, gəlirlərin 2/3-si vergidən yayındırılır. 

Yazıda deyilir ki, sonrakı yerləri Nigeriya (48 faiz), Ukrayna (46 faiz) və Rusiya (39 faiz) bölüşdürür. 

ReAL Hərəkatının İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli öz “Facebook” səhifəsində məqaləyə münasibət bildirib:

“Azərbaycanda  “kölgə iqtisadiyyatı” mövcud sistemi, ölkəni ayaqda saxlayan amilə çevrilib – dəhşətli səslənsə də, reallıq budur. 

Natiq Cəfərli

İqtisadçı düşünür ki, korrupsiyanın idarəetmə forması olan sistem qurulub:

“Sistemin ən böyük problemi odur ki, büdcə “piroqu” daralır, həmin məmur artıq 100 min yox, 50 min oğurlaya bilir, amma ailəsi-məşuqəsi-dəlləyi-bağbanı, hətta saxladığı it də 100 minə öyrəşmişdilər, indi isə iş yerlərini və qazanclarını itirirlər.

“Kölgə iqtisadiyyatı” hələ ki, məmuru da, camaatı da qane edir, amma dövləti daxildən dağıdır, yeyir, zəiflədir, məhvə aparır...”