SIPRI: Ermənistan ən çox hərbiləşmiş 6-cı ölkədir

SIPRI: Ermənistan ən çox hərbiləşmiş 6-cı ölkədir

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) yeni bir hesabat nəşr edib. Bu hesabata görə son on il üzrə müqayisədə 2019-cu il ərzində dünyanın ən böyük hərbi xərcləri qeydə alınmaqla 1,917 trilyon dollar təşkil edib.

 

Ermənistan ÜDM-nin 4% və ya daha çox hərbi büdcəsi olan ilk on ölkə sırasındadır. Ermənistan 4,9% ilə 6-cı yerdədir, Azərbaycan 4% göstərici ilə 9-cu yerdədir.

Xatırladaq ki, ötən ilin hesabatında Ermənistanın hərbi büdcəsi ÜDM-in 4,8% -ni təşkil etməklə, 609 milyon dollar həcmində olub.

Ümumiyyətlə, 2018-ci ildə dünyada hərbi xərclər 3,6% artıb. Bu rəqəm 2010-cu ildən bəri ən yüksək rəqəmdir.

Hesabata görə, keçən il silahlanmaya ən çox pul xərcləyən ilk beş ölkə ABŞ, Çin, Hindistan, Rusiya və Səudiyyə Ərəbistanı olub. Qlobal hərbi xərclərin 62 % qeyd edilən ölkələrin payına düşür.

Mütəxəssislərin fikrincə, 2019-cu ildə dünyadakı hərbi xərclər, Dünya ÜDM-nin 2,2 faizini təşkil edib.

ABŞ hərbi xərclərini 5,3 faiz (732 milyard dollar), Çin 5,1 faiz (261 milyard dollar), Hindistan 6,8 faiz (71,1 milyard dollar), Rusiya 4,5 faiz (65,1 milyard dollar) artırıb, Səudiyyə Ərəbistanı isə 16 faiz (61,9 milyard dollar) azaldıb.

Bununla yanaşı, Fransa Avropada hərbi xərclərə görə liderdir - 50,1 milyard dollar. Keçən il Türkiyənin hərbi xərcləri 20.4 milyard dollar, İranın hərbi xərcləri isə 12.6 milyard dollar təşkil edib.

Facebook