Sinoptiklər güclü külək olacağı barədə xəbərdarlıq edir

İyulun 20-də axşam saatlarından etibarən Bakıda və Abşeronda güclü şimal-qərb küləyi əsəcək, külək ayın 23-də günorta kəsiləcək, xəbəri Ekologiya Nazirliyinin sinoptikləri yayıb.

Azərbaycanın rayonlarında qeyd edilən dövrdə hava qeyri-sabit olacaq, leysan və dolu yağacağı, şimşək çaxacağı gözlənilir. Güclü qərb küləyi əsəcək. Havanın temperaturu 3-5 dərəcə aşağı düşəcək.