Şimali və Cənubi Koreya arasındakı saat fərqi ləğv edildi

Şimali və Cənubi Koreya arasındakı saat fərqi aradan qaldırılıb.
 
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreya dünən saat 23.30-da saatları 30 dəqiqə qabağa çəkib və Cənubi Koreya ilə yaranan fərq aradan qalxıb. 
 
Qeyd edək ki, 27 apreldə iki ölkə lideri Kim Çen İn və Mun Çey İn bir araya gəlmiş, qərar bu qarşılaşmadan sonra qəbul edilmişdi.