Şimali Koreya Cənubi Koreya ilə masaya oturmağı rədd etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Şimali Koreya parlamenti sədrinin birinci müavini An Tonq Çun Sankt-Peterburq şəhərindəki Parlamentlərarası İttifaq Baş Assambleyasının iclasında iştirak edən cənubi koreyalı rəsmilərlə görüş keçirməyəcəklərini deyib. Çun, "Cənubi koreyalı rəsmilərlə görüşmək planımız yoxdur", - deyə vurğulayıb.

Dünən iki ölkə nümayəndə heyətləriylə görüşən Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko pxenyanlı nümayəndələri seullu həmkarlarıyla Sankt-Peterburqda görüşdürməyə cəhd göstərəcəyini qeyd etmişdi. Ancaq danışıqlardan sonra Valentina Matviyenko Şimali Koreya qanadının danışıqlara hazır olmadığını bildirmişdi.