Şimali Koreya: "ABŞ-dan əvvəl onları külə çevirəcəyik”

“Əgər Yaponiya öz təhlükəsizliyinə görə həqiqətən narahat olursa, düşmənçilik siyasətindən əl çəkməli, ölkəsindəki ABŞ bazalarını bağlamalıdır. Başa düşməlidilər ki, bu siyasəti davam etdirsələr, ABŞ-dan əvvəl onları külə çevirəcəyik”, – deyə hökumətin bəyanatında bildirilir.

Şimali Koreya xatırladır ki, Yaponiya ada-dövlətdir və avantüralara aldanıb acımasız nüvə dövləti ilə üz-üzə gəlməməlidir.

Qeyd edək ki, Şimali Koreyanı narazı salan Yaponiyanın Pxenyanın raket sınaqlarına cavab olaraq ABŞ-la möhkəm müttəfiqlik münasibətində olduğunu bəyan etməsidir.

Azadlıq.info