Şimal qonşumuz "Facebook"u bloklaya bilər

Rakurs TV-nin məlumatına görə, Rusiyada "facebook" sosial şəbəkəsi qapadıla bilər.

Bunu şimal qonşumuzun kütləvi kommunikasiyalar sahəsinə nəzarət edən "Roskomnadzor" orqanının rəhbəri Aleksandr Jarov "İzvestiya" qəzetinə müsahibəsində deyib: "Əgər Facebook sosial şəbəkəsi Rusiya qanunvericiliyinin tələblərinə tabe olmazsa, o zaman qapadıla bilər". 

"2018-ci ilin sonuna kimi kompaniyada yoxlamalar aparacağıq və bir neçə maddəni yerinə yetirməliyik: Rusiya ərazisində vətəndaşların məlumat bazasının lokallaşdırılması, qadağan olunmuş informasiyaların silinməsi və digər qanunlara nəzarət. Əgər bunlar yerinə yetirilməzsə və ya Rusiya dövləti bu hərəkətlərin yerinə yetirilməsi ilə bağlı məlumatlanırılmazsa, o zaman blok edilmə məsələsi gündəmə gələcək"-deyə o, bildirib. 

Məmur onu da qeyd edib ki, Facebook nümayəndələri ilə yarımildə bir dəfə görüşür. O, eyni zamanda bunu perspektivdə olan təxmin kimi qəbul etməməyə çağırıb, istifadə etdiyi "blokedilmə" ifadəsi barəsində isə ""Facebook"un Rusiya qanunverciyliyinə riayət etməsinə bir məcburiyyət yaradacaq kimi düşünün"-deyib. ​

Qeyd edək ki, Rusiya bir müddət öncə "Telegram" sosial şəbəkəsini ölkə ərazisində bloklayıb. "Facebook" isə İran, Çin, Vyetnam, Şimali Koreyada qadağan edilib.