Səhraya qar yağdı

Saxara səhrasına qar yağıb. Xarici mediaya istinadən xəbər verilir ki, bazar günü gecədən etibarən səhranın şimal hissəsində yerləşən Əlcəzairin Ayn-Sefra şəhərinə qar yağmağa başlayıb.

Qarın qalınlığının 40 santimetrə çatdığı bildirilib.

Lakin günün sonunda qar əriyib.

Qeyd edək ki, ötən il də Saxara səhrasına qar yağmışdı.

O zaman isə bildirilirdi ki, səhraya sonuncu dəfə qar 1979-cu ildə yağmışdı.