Səhiyyə naziri haradadır?

Səhiyyə naziri haradadır?

Azərbaycanda səhiyyə naziri varmı? Harada olduğunu kimsə açıqlaya bilərmi?

 

Koronavirus  böhranı dövründə bu şəxs bir dəfə də olsun televiziyada görünmədi, əhaliyə müraciət etmədi!

 

Hətta Operativ qərargahın iclaslarında belə cəmi bir dəfə görmək oldu və heç nə demədi! Bəlkə virusa yoluxub və özünü təcrid etmək qərarına gəlib?

 

Vətəndaşlar daha nə qədər mülahizə yürütməyə davam edəcəklər və niyə ölkə rəhbərliyi açıqlama vermir? Yoxsa səhiyyə nazirinin funksiyası da baş nazir Əli Əsədova həvalə olunub?

 

Bu günlərdə hakimiyyət hər şeydən danışır və şərh edir, əsas bir şeydən başqa -  səhiyyə sahəsində hansı işlər görülür. DİN və prokurorluq saxta məlumatlar yayımlamamağı və yalnız rəsmi məlumatlardan istifadə etməyi tələb edir. Bəs vətəndaşlar neyləsin? Axı Səhiyyə Nazirliyi indiyədək bir dəfə də olsun bəyanat verməyib. Başqa yerdə belə bir şey mümkündürmü?

Facebook