EURO : 1,8427 TRY : 0,2563 USD : 1,7 RUB : 0,022
Səhiyyə naziri əhaliyə müraciət etdi

Səhiyyə naziri əhaliyə müraciət etdi

“Nazirlər Kabineti yanında operativ qərargahla mövcud qərarları hazırlayanda bu işə həssas şəkildə yanaşırdıq”.

 

Rakurs.tv xəbər verir ki, bunu Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-də “Hədəf” verilişində çıxışı zamanı deyib.

 

Nazir bildirib ki, qərarın iki məqsədi var idi. Belə ki, ilk olaraq xəstəliyə yoluxmanın qarşısını almaq və imkan daxilində həyat tərzinə çoxlu problemlər yaratmamaq: “Bütün məsələlər hərtərəfli düşünülmüşdü”.

 

O.Şirəliyev qeyd edib ki, laboratoriyalar tam gücü ilə işləyir:

 

“Onlar nəinki Bakıda, hər yerdə var. Ölkədə çox savadlı kadrlar var. Eyni zamanda maddi və texniki imkanlar yüksək səviyyədədir. Ən əsas odur ki, insanlar öz ətrafını və ümumilikdə xalqı qorumaq lazımdır. Sosial məsuliyyət mütləq vacibdir”.

 

Onun sözlərinə görə, hər kəsdə güclü iradə olmalıdır.

Facebook