Əsgərlər arasında kütləvi zəhərlənmə

Türkiyədə 25 əsgər qida zəhərlənməsi dioqnozu ilə xəstəxanaya yerləşdirilib.

Musavat.com-un məlumatına görə, hadisə Diyarbəkir əyalətinin 7-ci korpusuna bağlı nəzarət məntəqəsində baş verib. Məlumata əsasən, iftar yeməyindən sonra əsgərlərin halı pisləşib və onlar çağırılan təcili yardım maşınları ilə Diyarbəkirdəki xəstəxanalara aparılıblar.

Əsgərlərə tibbi yardım göstərilib, onların müalicəsi davam edir. Hadisə ilə bağlı araşdırma aparılır.