Səfir: “Rusiya və Türkiyə arasında vizalara dair məsləhətləşmələr keçiriləcək”

Eastnews.org-un verdiyi xəbərə görə, yaxın günlərdə Rusiya və Türkiyə XİN-ləri arasında viza problemlərinə dair müzakirələr aparılacaq. 

“RİA Novosti”nin verdiyi xəbərə əsasən, bu barədə Rusiyanın Türkiyədəki səəfiri Aleksey Yerxov bildirib. “Viza məhdudiyyətləri iki ölkə XİN-nin daim diqqət mərkəzindədir. Hər şeyin plan üzrə gedəcəyi təqdirdə, bur neçə gündən sonra XİN-lər arasında növbəti məsləhətləşmələr raundu baş tutacaq. Danışıqlar zamanı viza problemi də müzakirə olunacaq”, - deyə səfir “İzvestiya” nəşrinə müsahibəsində bildirib.