Şeyxülislam danışdı - “Ehtiyacım yoxdur...”

“Mənim heç nəyə ehtiyacım yoxdur və heç kimlə nəyəsə ehtiyac görmürəm”.
 
"Qafqazinfo" verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Məhərrəmlik ayının başlanması ilə bağlı keçirilən toplantıda bildirib.
 
“Mənim yaxşı insanlara ehtiyacım var. Mən həmişə ulu öndər Heydər Əliyevin tövsiyələrini xatırlayıram. Biz həmişə dövlətə, dövlətçiliyə sadiq adamlar olmuşuq və həmişə də belə adamlara ehtiyacımız olub. Bu gün məni düşündürən budur. Başqa heç nəyə ehtiyacım yoxdur”.

Qeyd edək ki, mətbuatda Allahşükür Paşazadənin Çexiyada biznesinin olması haqda məlumatlar yayılıb. Lakin şeyxülislam jurnalistlərlə bugünkü görüşündə sözügedən məsələyə münasibət bildirməyib, sadəcə çıxışında atmaca ilə kifayətlənib.

Xatırladaq ki, yayılan xəbərdə bildirilir ki, Paşazadənin biznesini Marketa Şpişakova adlı çex qadın idarə edir: “O, Şeyxülislamın şərikidir, 36 yaşı var. İxtisasca həkimdir, heç bir sərmayə qoymadan Allahşükür Paşazadənin və Milli Məclisin deputatı Cavanşir Paşazadənin Çexiyada, Karlovı Varıda açdığı ”Aynur KV" şirkətinin ortağı olub. Qadının valideynləri də 3 şirkətə sahibdirlər".

Gunel Ebilova adlı şəxsin şəkli.