Şeyx Sərdarın görüşünə maneə yaradılıb - FOTO

Şeyx Sərdarın görüşünə maneə yaradılıb - FOTO

Fevral ayının 22-si həbs  müddəti başa çatan Şeyx Sərdar Hacıhəsənli  gecə saatlarında  azadlığa buraxılıb. 
 
Rakurs.tv "Maide.Az" saytına istinadən xəbər verir ki, bu gün səhərdən etibarən onu ziyarətə dostları, yaxınları, ruhanilər gəliblər. 
 
Yaxınlıqdakı mərasim evində görüş keçirilməsi nəzərdə tutulmuşdu. Lakin  Şeyx Sərdar Hacıhəsənli görüş yerinə gələndən bir neçə dəqiqə sonra Yasamal Rayon Polis İdarəsinin  əməkdaşları mərasim  evinə gələrək, burada  İcra Hakimiyyətinin tədbirinin keçiriləcəyini bildirərək insanlardan zalı tərk etməyi istəyiblər.  
 
Bu səbəbən planlaşdırılan görüş baş tutmayıb.  Görüş yerinə gələn insanlar  geriyə qayıdıblar. 
 
Qeyd edək ki, gün ərzində adı çəkilən mərasim evində nəzərdə tutulan görüş  ev şəraitində davam edəcək. 
 
 

Facebook