Seymur Həzi həbsxanadan İlham Əliyevə müraciət etdi

“Azadlıq” qəzetinin şərhçisi və siyasət şöbəsinin müdiri, “Azərbaycan saatı” proqramının aparıcısı, AXCP sədr müavini  Seymur Həzi həbsxanadan İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə deyilir:

Cənab prezident, bu günlürdü sizin daha bir neçhə milyardlıq bəd əməllərinizin üstü açılıb. Qərblilərə milyardlar xərcləyib ölkənin gələcəyini məhv etmək imkanı əldə etmisiniz. Bu ən dəhşhətlisi deyil. Ən dəhşətlisi odur ki, ictimai rəy bu məsələdə həmin o qərbliləri sizdən daha şox qınayır. Xalq sizin zülmünüzü yadelli işğalçıların zülmü kimi qebul edir. Ən dəhşətlisi budur. Siyasət əlaqəsi qurmalı olduğunuz bütün mərkəzlərdə rüsşvət verəcək birilərini tapmısınız və cinayət əlaqəsi qurmusunuz. Rəsmi və qeyri-rəsmi televiziya kanallarınıza baxmaq bəs edir ki, dünyanın dörd tərəfini ölkə ilə düşmən etdiyiniz bəlli olsun. O qədər “müdrik” siyasət yürüdürsünüz ki, bütün dünya, sizin təbirinizcə dəsək “ermənipərəst”dir. Hərbi və siyasi manevrlərinizin yanlışlığından Rusiya Ermənistanla iki hərbi-strateji müqavilə; əlli illik ittifaq və birgə qonşu komanda mərkəzi barədə- bağlayıb. Ölkədə mənəvi əhval-ruhiyyə o həddə çaatıb ki, məktəblidən pensionerə qədər hamı sizin zülmünüzə düçar qalır. «20 Yanvarda”, “Qarabağ” döyüşlərində sinəsini imperianın “rus gülləsi” nin qabağına verən insanlar indi ədalət uçün qaniçən imperiyanı arzulayır.
Sosial-iqtisadi vəziyyət barədə yalnız bir fakt demək kifayətdir ki, 10 milyonluq ölkədə milyon yarımdan çox insanın banklarınıza kredit borcu var. Heç orta əsrlərdə xalqın feodallara borcu indi sizə və oliqarxlara olan borcu qədər olmayıb.
Unutmayın, sizin də onlara borcunuz var. Keçmişlərinin, bu günlərinin və gələcəklərinin, bir sözlə, qəsb etdiyiniz hər şeyin əvəzini bu xalqa borclusunuz və mütləq verəcəksiniz.