Sevil Nuriyeva həyat yoldaşının vida mərasimində - Foto

Jurnalist, "Star" qəzetinin köşə yazarı Sevil Nuriyeva Bakırköydəki ofisində Gözəl Dəmirov tərəfindən güllələnərək qətlə yetirilən həyat yoldaşı, iş adamı Etimad İsmayılovun İstanbuldakı vida mərasimində görüntülənib.

Türkiyə mətbuatına istinadən xəbər verilir ki, vida mərasimində mərhumun ailə üzvləri və ictimaiyyətin tanınmış nümayəndələri iştirak edib.

Qeyd edək ki, Florya Yeni Məscidində qılınan cənazə namazının ardından Etimad İsmayılovun cənazəsi dəfn olunmaq üçün Bakıya gətirilib.