Serj Sarqsyanın qudası dövlətin 1 milyon 200 min dollar pulunu mənimsəyib

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qudası Ara Minasyan dövlətə 1,2 milyon dollar məbləğində ziyan vurub.

“Sputnik”ə istinadən xəbər verilir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilib ki, Ara Minasyanın rəhbəri olduğu “Qriqor Lusavoriç” Tibbi Mərkəzində yoxlama keçirilib. Məlum olub ki, tibb mərkəzi sosial paketləri formal olaraq sənədləşdirirmiş. 3027 pasinetin 2145-i xəstəxana şəraitində tibbi yardım almadıqlarını bildiriblər. Ancaq pulsuz müalicə hüququ olmayan bu yardımdan istifadə ediblər. Bunla da dövlət büdəcsindən 1,2 milyon dollar məbləğində maliyyə vəsaiti mənimsənilib.

Qeyd edək ki, Ara Minasyanın oğlu, Ermənistanın Vatikandakı səfiri Mikael Minasyan Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qızlarından birinin əridir.