Sentyabrda məktəblər açılacaq? - RƏSMİ

Sentyabrda məktəblər açılacaq? - RƏSMİ

“Ali təhsil müəssisələrinin distant təhsili ilə bağlı çətinliklər bütün dünyada oldu. Heç bir ölkə pandemiyaya hazır deyildi”.

Bunu "Pandemiya dövründə təhsil" mövzusunda onlayn konfransda Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O qeyd edib ki, onlayn təhsil nə qədər yaxşı görünsə və pandemiyada ən vacib rolu olsa da üzbəüz təhsilin effektini vermir: “Biz bununla bağlı Təhsil Nazirliyi olaraq onlayn platformanın hazırlanmasını həyata keçirdik. Demək olar ki, universitetlərin hamısı bundan istifadə edib. Ayrı-ayrı universitetlər bazaları olduğu üçün bundan daha üzü ağ çıxdı. Ancaq bəzi universitetlərdə hələ də görülməli olan işlər çoxdur. Yəqin onlayn təhsillə bağlı qanunvericilik bazasının təkmilləşməsi, onlayn əsaslı kurrikulumun daha səmərəli formada olması üzərində işlənilməsi, müəllimlərin onlayn təhsillə bağlı təlimlərdə iştirak etməsi daha vacibdir.

Bəzi müəllimlərdə onlayn alətlərdən daha səmərəli istifadəni təəssüf ki, görmürük. Görülməli olan işlər daha çoxdur. İndi də işlər görülür, Təhsil Nazirliyinin bu məsələlərlə bağlı xüsusi platforması var. Ümid edirik ki, sentyabrda dərslərə pandemiyadan əvvəlki formada başlayacağıq, ancaq hər bir halda işlər görülür”.

Facebook