Senator: Bizim hökumət dünyanın ən böyük yalançısıdır

Senator: Bizim hökumət dünyanın ən böyük yalançısıdır

ABŞ-ın respublikaçı senatoru Rand Paul çərşənbə günü deyib ki, Birləşmiş Ştatların yalançı hökuməti öz xalqına nəyin “doğru” olduğunu söyləmək hüququna malik deyil, çünki özü yalan məlumatların ən böyük səbəbkarıdır.

“Russia Today” saytının məlumatına görə, ABŞ Daxili Təhlükəsizlik Naziri Aleksandro Mayorkas ABŞ Senatında “yalan məlumatların kontrolu şurası”nın müdafiəsi iclasında deyib ki, “saxta xəbərlərin” filtirlənməsində sosial medialara böyük köməklik göstərilib.

Nazirin sözlərinə reaksiya olaraq Rand Paul bildirib: “Problem ondadır ki, biz yalanın tərifində belə razılığa gələ bilməmişik. Rusların öz məlumatlarını “Stillin dosyesi”nə daxil etmələri ilə belə razılaşa bilmirsiniz.”

Kentukki senatoru bu sözü ilə keçmiş Britaniya casusu Kristofer Stilin ABŞ-ın keçmiş prezidenti Donald Trampın Rusiyanın köməyi ilə seçkilərdə qalib gəldiyini iddia edən mübahisəli iddiasına istinad edir. "Bu iddia hətta Trampın impiçmentinə də səbəb oldu, lakin kifayət qədər sübut tapılmadı.”

Rend Paul sözünün davamında bildirib: “Bütün dünya tarixində yalanın ən böyük mənbəyinin kim olduğunu bilirsinizmi? ABŞ hökuməti!”

Facebook