Seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır

Fevralın 25-dən Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində seçicilərə müvafiq dairə seçki komissiyaları tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsinə başlanılır.
 
Bu barədə prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında qeyd edilir.
 
Təqvim Planına əsasən, qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi dairə seçki komissiyaları tərəfindən səsvermə gününə 45-25 gün qalanadək, yəni 2018-ci il fevralın 25-dən martın 17-dək verilir.
 
Qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi məntəqə seçki komissiyaları tərəfindən isə səsvermə gününə 24-3 gün qalanadək, yəni 2018-ci il martın 18-dən aprelin 8-dək verilir.
 
Bu il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.
 
toplum.tv