Seçici bülletenlerinin sayı - 5 milyon 347 min 803

Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkiləri ilə bağlı 5 milyon 347 min 803 seçici bülleteni dərc olunacaq.

Modern.az-ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydaları haqqında məlumat verilərkən bildirilib.

Qeyd olunub ki, bülletenlər səsvermə gününə 35 gün qalmış dərc edilməlidir.