Səddam Hüseynin qızı axtarışa verildi

İraqın hakimiyyət orqanları ilk dəfə axtarışda olan cinayətkarların siyahısını açıqlayıb.
 
Siyahıda 60 şəxsin, o cümlədən keçmiş prezident Səddam Hüseynin İordaniyada olan böyük qızı Raqadın da adı var.
 
Siyahıda İŞİD-in 28 səhra komandiri, "Əl Qaidə"nin 12 başçısı, Səddam Hüseynin devrilməsindən sonra 2003-cü ildə buraxılmış BƏƏS-in funksionerləri barədə informasiyalar və ittihamlar var.
 
Həmin şəxslər arasında hazırda yeri hələlik məlum olmayan İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin adı yoxdur.
Mənbə telekanala bildirib ki, ittiham edilənlər İraqdan kənardadırlar. Onların ekstradisiyası məsələsi İnterpolla birlikdə həll ediləcək.
publika.az