Əsəd xalqa səsləndi: Çevrilişin qarşısı alındı

Biz Suriyada neytral zonaların yaradılması ilə bağlı beynəlxalq səyləri dəstəkləyirik.

Axar.az xəbər verir ki, bunu xalqa müraciətində Suriya Prezidenti Bəşər Əsəd söyləyib.

Onun sözlərinə görə, Dəməşq Qərbin Suriyadakı hakimiyyət çevrilişi planlarının qarşısını ala bilib. O, rəsmi Dəməşqin Suriya müharibəsində üstünlüyü öz müttəfiqləri hesabına əldə etdiyini söyləyib.