Məhkəmənin qarşısında saxlanılan AXCP fəalları sərbəst buraxılıblar

Məhkəmənin qarşısında saxlanılan AXCP fəalları sərbəst buraxılıblar

Dünən Bakı Apellyasiya Məhkəməsinin qarşısında saxlanılan AXCP fəallarının hamısı buraxılıb.

Polis onları heç bir əsas olmadan saxlamışdı. Onlar "AXCP-nin qanunsuz maliyyələşdirilməsi haqqında" iş üzrə həbs olunanları dəstəkləmək üçün məhkəmə binasının önünə gəlmişdilər.

Saxlanılanlardan biri Nemət Əliyev Turan-a bildirib ki, polis gözlənilmədən onlara hücum edib və zorla maşına oturdaraq Nəsimi rayon 22-ci polis bölməsinə aparıb. "Beş saatdan sonra bizi buraxdılar", - N.Əliyev deyib.

Onun sözlərinə görə, polisdə saxlanılanlardan heç bir açıqlama tələb etməyiblər və heç bir xəbərdarlıq etməyiblər.

Polis əməkdaşları öncə onların hərəkətini "polisə tabe olmamaq kimi" qələmə vermək istəyib.

"Biz heç bir müqavimət göstərmədik, sadəcə, bağda dayanıb məhkəmənin nəticəsini gözləyirdik", - N.Əliyev qeyd edib.

O, fəalların 5 saat polisdə saxlanmasını azadlığın qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirib.

22-ci polis bölməsindən şərh almaq mümkün olmayıb.

Facebook