Satışda uşaqları terrora təşviq edən oyuncaqlar peyda oldu - Foto

“Malaysian Digest”-ə istinadən verilən  xəbərə əsasən, Cənub-Şərqi Asiyada yerləşən Malayziyanın internet-mağaza və iri supermarketlərindən olduqca qeyri-adi oyuncaqlar aşkar edilib. Orada uşaqlara İŞİD terror təşkilatının üslubunda düzəldilmiş konstruktor-oyuncaqlar təklif edilib.

Taypinq şəhərindən olan ailə qəribəliliyə ilə seçilən oyuncaq barədə jurnalistlərə məlumat verib. Həmin ailə şübhəli oyuncağı öz övladları üçün alıb.

Seriya nömrəsinə əsasən, məhsul Çində istehsal edilib və internet-mağazalar vasitəsi ilə yayılıb. Oyuncaq 6 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub.