Sanksiyalara baxmayaraq Briziliya İran gəmilərini yanacaqla təmin edib

Sanksiyalara baxmayaraq Briziliya İran gəmilərini yanacaqla təmin edib

Bir neçə həftə Braziliya limanlarında qalan İran gəmiləri rəsmi Tehranın təzyiqlərindən sonra yanacaqla təmin edilib.

 

Operativ.tv FarsNews-a istinadla xəbər verir ki, bu barədə Reuters Braziliya mənbələrinə istinadla məlumat verib.

 

Bildirilib ki, Braziliya Milli Neft Şirkəti bu ölkənin limanlarında qalmış İran gəmilərini yanacaqla təmin etməyə başlayıb. Gəmilərin tezliklə İrana doğru üzəcəyi deyilir.

 

Qeyd edək ki, ABŞ hökumətinin təzyiqlərindən və İrana qarşı sanksiyalarından dolayı Braziliyanın müvafiq qurumları bu ölkənin limanlarında lövbər atan iki İran gəmisini yanacaqla təmin etmirdi. Rəsmi Tehran bu vəziyyətin davam edəcəyi təqdirdə Braziliyadan edilən idxalın kəskin şəkildə azaldılacağı xəbərdarlığını vermişdi.

 

Bildirək ki, hazırda Fars Körfəzində və İranla ABŞ arasında gərginlik fonunda tərəflər biri-birinin və müttəfiqlərinin gəmilərini saxlayır və ya onların hərəkəti qarşısında müxtəlif maneələr yaradırlar. Son həftələrdə regionla bağlı məsələlərdə əsas müzakirə obyektlərindən biri də beynəlxalq dəniz nəqliyyatının təhlükəsizliyi məsələsidir.

Facebook