Samuray qılıncı ilə prezident ofisinə hücum

Eastnews.org-un verdiyi xəbərə görə, Tayvanda 51 yaşlı adı açıqlanmayan bir nəfər hərbi muzeydən oğurladığı samuray qılıncı ilə Dövlət Rəhbərliyi Ofisinə girməyə çalışıb.

Bu barədə "South China Post" xəbər verib. Qapıdakı təhlükəsizlik əməkdaşlarını boynundan yaralayan həmin şəxs zərərsizləşdirilərək, saxlanılıb. Hücum zamanı Tayvan liderinin binada olduğu bildirilib. Hücum edənin hadisə zamanı siyasi şüar səsləndirmədiyi, ancaq üzərində Çin bayrağı olduğu açıqlanıb.