Sakinlər bu küçəyə Mübariz İbrahimovun adını verdilər - VİDEO

Sakinlər bu küçəyə Mübariz İbrahimovun adını verdilər - VİDEO

Bakıda yüzlərlə sakinin yaşadığı ərazidə heç bir küçə adı yoxdur.
 
Rakurs.tv Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Xəzər rayonu, Binə qəsəbəsinin "Hövsan südçülik sovxozu" adlanan ərazisindən gedir. Vəziyyətdən çıxış yolunu isə sakinlər özləri tapıblar. Onlar yaşadıqları küçəyə Milli Qəhrəman Mübariz İbrahimovun adını veriblər.
 
 
Bununla belə, sözügedən ərazidə küçələrin adlarının olmaması sakinlərə problemlər yaradır. Sakinlər deyirlər ki, mövcud vəziyyətə görə bir çox hallarda təcili tibbi yardım avtomobilləri dəqiq ünvanı tapmaqda çətinlik çəkirlər.
 
Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov bildirdi ki, küçə adları ilə bağlı sakinlər ərazi üzrə qəsəbə nümayəndəsinə rəsmi qaydada müraciət etməlidirlər.
 
Bundan sonra isə qəsəbə nümayəndəsi rəsmi müraciəti icra hakimiyyətinə çatdırır. İcra hakimiyyəti də öz növbəsində küçə adının verilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edir və bu məsələ araşdırılır. Daha sonra isə müvafiq qərar qəbul edilir.

Facebook