Şahzadələrin saxlanıldığı “Dünyanın ən lüks həbsxanası” - Video

Səudiyyə Ərəbistanında 4 noyabrda keçirilən əməliyyatlarda aralarında şahzadələrin də olduğu 200-ə adam saxlanılmışdı.

BBC kameramanları bu şəxslərin tutulduğu və “Dünyanın ən lüks həbsxanası” olaraq görülən paytaxt Ər-Riyaddakı Ritz-Carlton otelinə girib.

BBC-nin oteldə səs yazması və insan üzlərini görüntüləməsinə icazə verilməyib. Otelin digər qonaqlarının otaqlarından ayrılması tələb olunub və binanın qapısı ziyarətçilərə bağlanıb.

Ər-Riyad baş prokuroru əməliyyatdan sonra 208 nəfərin sorğuya çağırıldığını, bunlardan yeddisinin hər hansı bir ittiham edilmədən sərbəst buraxıldığını açıqlayıb.