Sahil stansiyası nə zaman açılacaq?

Metronun ən çox istifadə edilən Sahil stansiyası 6 aydır ki, təmirə bağlanıb.
A24.Az xəbər verir ki, insanları maraqlandırsan sual isə təmir-bərpa üçün bağlanan bu metrostansiyanın nə zaman açılacağı xəbəridir.

Mətbuat xidmətindən verilən məlumta görə, hazırda həmin istiqamətdə gedən işlər artıq yarıya çatıb. Tam təhvil-təslim prosesinin isə İyul ayının 1-də baş tutacağı qeyd olunub. Növbəti 5 ay ərzində isə qalan digər problemlərin həlli nəzərdə tutulur.

Qeyd edək ki, «Sahil» stansiyasında aparılacaq əsaslı təmir müddətində quraşdırılmış «LT-3» tipli 3 eskalator sökülərək, yerində Almaniyanın «ThyssenKrupp Fahrtreppe» şirkətinin «Viktoriya» tipli 4 eskalatoru quraşdırılır. Buna qədər isə «28 May» stansiyasında aparılmış yenidənqurma tədbirləri çərçivəsində sökülmüş 3 eskalatorun əvəzinə onların yeni tipli 4 analoqu quraşdırılıb.