EURO : 1,8737 TRY : 0,2585 USD : 1,7 RUB : 0,0214
Sahibkar: Belə davam eləsə, dükanları bağlayacağıq

Sahibkar: Belə davam eləsə, dükanları bağlayacağıq

“Bu gün mənə çay gəldi. Təqribən 70 qəpik bu çayın üstünə qoyublar, bunun da üstünə 1 manat qoyublar. Kərə yağı 10 manat idi, indi 15 manat ediblər”.

 

Fevralın 29-da Azərbaycan İranla sərhədlərini iki həftəlik bağlayıb. Buna səbəb İranda yayılan koronavirus infeksiyasıdır. Bəs bu qərar İrandan Azərbaycana məhsul gətirib satan sahibkarlara necə təsir edir?

 

Sahibkarlar deyir, qıtlıq yarandığına görə məhsullar bahalaşıb. Satdıqları məhsulların yarısının qiyməti 20-30 faiz qalxıb. “Bəzi mallar ki, burada “optavoylarda” var idi, bunlar da bəziləri bilir, mal yoxdur, gəlməyəcək hələ bir müddətə qədər, onlar da bu vəziyyətdən bir az istifadə edərək qiymətləri qaldırıblar”.

Facebook