EURO : 1,858 TRY : 0,2502 USD : 1,7 RUB : 0,0238
Sabiq prezident məhkəmə zalında öldü

Sabiq prezident məhkəmə zalında öldü

Misirin sabiq prezidenti Məhəmməd Mursi vəfat edib.

 

Operativ.tv xəbər verir ki, Məhəmməd Mursi Misirin beşinci prezidenti olub.

 

Sabiq prezidentin məhkəmə zalında öldüyü bildirilir.

 

Məhəmməd Mursi 1951-ci ildə anadan olub. Qahirə Universitetini bitirib. ABŞ-ın Cənubi Kaliforniya Universitetində doktorluq dissertasiyası müdafiə edib. Misir və ABŞ universitetlərində dərs deyib.

 

1992-ci ildə “Müsəlman qardaşlar” hərəkatına qoşulan Məhəmməd Mursi 2000-ci ildə parlamentin deputatı seçilib.

 

2006-cı ildə Hüsnü Mübarək rejiminə qarşı aksiyalara görə 7 ay həbsdə yatıb. 2011-ci ilin aprelində “Müsəlman qardaşlar” hərəkatına daxil olan Azadlıq və Ədalət Partiyasına rəhbər seçilib. 2012-ci ildə Misir prezidenti seçilib. Lakin 2013-cü ilin iyun və iyul aylarında baş verən kütləvi nümayişlərdən sonra Misir Silahlı Qüvvələri tərəfindən devrilərək həbs olunub.

Facebook