Sabaha olan hava proqnozu

Dekabrın 21-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı ehtimalı var.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeron yarımadasında gecə 4-6, gündüz 6-8 dərəcə isti proqnozlaşdırılır.
 
Dekabrın 21-də Azərbaycanın rayonlarında da arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənir. Gecə 2-5, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təxmin edilir.