Saakaşviliyə hökm oxunub

Tbilisi şəhər Məhkəməsində Gürcüstanın sabiq prezidenti Mixeil Saakaviliyə hökm oxunub.
 
"Georgia Online” saytı yazır ki, Sandro Qirqvliani işi ilə bağlı M. Saakaşvilinin qiyabi 3 il azadlıqdan məhrum edilməsi qərara alınıb.
 
M. Saakaşvili "xidməti səlahiyyətlərindən sui-istifadə” maddəsinə əsasən təqsirli bilinir.
 
İstintaqın məlumatına əsasən, M. Saakaşvili o zamankı Konstitusiya Təhlükəsizliyi Departamentinin rəhbəri Data Axalayaya bank işçisi S. Qirqvlianinin ölümündə təqsirli bilinənləri azad edəcəyini deyib və sonra Əfv Komissiyasından kənar Qerontiy Alaniya, Mixail Bibiluridze, Avtandil Aptsiauri və Aleksandr Qaçavanı azad edib.